Məzmuna keç
Tez-tez verilən suallar
Qiymət necə hesablanır?
Qiymət məkanın ölçüsündən, gündəlik emal həcmindən və seçilən avadanlıqdan asılıdır. Konfiquratorda ilkin məbləğ AZN ilə, ƏDV daxil göstərilir. Yekun qiymət yerində baxışdan sonra təsdiqlənir.
Layihə hansı müddətdə tamamlanır?
Açar təhvil layihə 30–90 gün ərzində tamamlanır. Müddət məkanın vəziyyətindən, təmir işlərinin həcmindən və avadanlığın çatdırılmasından asılıdır. Yerində baxışdan sonra layihənizin icra müddətini yazılı bildiririk.
Avadanlığı kreditlə almaq mümkündür?
Bəli. Konfiquratorda sifarişi tamamlayarkən bank krediti üçün sorğu göndərə bilərsiniz. Bank köçürməsi ilə ödəniş də mümkündür.
Kiçik məkanda müəssisə qurmaq mümkündür?
Bəli. Plan məkanın ölçülərinə uyğun hazırlanır. Yerində baxış keçirib hansı avadanlığın yerləşdirilə biləcəyini dəqiqləşdiririk.
Açar təhvil nə deməkdir?
Boş məkanı fəaliyyətə hazır müəssisə kimi təhvil veririk. Xidmətə planlaşdırma, məkanın hazırlanması, avadanlıq, quraşdırma, ilkin kimyəvi vasitələr dəsti və heyət təlimi daxildir. Bütün işlər bir müqavilə çərçivəsində, vahid komandanın məsuliyyəti ilə icra olunur.
Yalnız sizdən alınmış avadanlığa servis göstərirsiniz?
Təchiz etdiyimiz markalara rəsmi servis göstəririk. Digər avadanlıqlar üçün də müraciət edə bilərsiniz. Modeli yoxlayıb servis imkanını bildirəcəyik.
NovaSoft yalnız öz mağazalarınız üçün nəzərdə tutulub?
Xeyr. Öz mağazalarımız üçün hazırlanmış NovaSoft abunə əsasında digər camaşırxanalara da təqdim olunur. Sistem 17 dildə və 83 ölkədə işləyir.
Layihəyə necə başlamaq olar?
Telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlayın. Konfiquratorda ilkin plan hazırlayıb bizə göndərə də bilərsiniz.
Təlim hansı müddətdə keçirilir?
Təlim açar təhvil layihəyə daxildir və layihənin 90 günü ərzində tamamlanır. Avadanlıq çatdırılanadək nəzəri hazırlıq, quraşdırmadan sonra iş yerində praktika keçirilir. Açılışın ilk günlərində də dəstək göstəririk.
+994 50 444 44 24 · *3338 · support@novaxindustry.com